Minik avtomobillərinin idxalı 48,1% azalıb - bizim avtomobil aldığımız və satdığımız ölkələr
2024-cü ilin yanvar ayında Gürcüstanda minik avtomobillərin idxalı 48,1% azalıb. Milli Statistika Xidmətinin məlumatına görə, cari ilin yanvar ayında ölkəyə 101,443 milyon dollarlıq (6,849 ədəd) minik avtomobili idxal edilibsə, əvvəlki ilin eyni dövründə idxalın həcmi 195,496 milyon dollar (12,939 ədəd) olub.

İdxalın azalması fonunda ixrac cüzi artıb. O cümlədən, bu ilin yanvar ayında 112 047 milyon dollar dəyərində avtomobillər təkrar ixrac edilib (5 477 ədəd), 2023-cü ilin yanvarında isə ixracın həcmi 104 279 milyon dollar (6 076 ədəd) olub.

“Business Press News” yanvar ayında avtomobil aldığımız və satdığımız Top-5 ölkəni təqdim edir.

İdxal edən ölkələr:
  • ABŞ - 61,201 milyon dollar (4,722 ədəd)
  • Yaponiya - 13,133 milyon dollar (634 ədəd)
  • Almaniya - 11,099 milyon dollar (459 ədəd)
  • Çin - 2,158 milyon dollar (176 ədəd)
  • Cənubi Koreya - 1,787 milyon dollar (153 ədəd)
İxrac edən ölkələr:
  • Qırğızıstan - 45,303 milyon dollar (1 317 ədəd)
  • Qazaxıstan - 33,944 milyon dollar (2 419 ədəd)
  • Azərbaycan - 17,494 milyon dollar (847 ədəd)
  • Ermənistan - 9,399 milyon dollar (591 ədəd)
  • Tacikistan - 2,108 milyon dollar (120 ədəd)
Qeyd edək ki, idxalın azalması böyük ehtimalla 2024-cü ildən ölkəyə 2013-cü ildən əvvəl istehsal olunmuş avtomobillərin idxalının qadağan edildiyi qaydalarla bağlıdır. ETSN-nin qərarına əsasən, 2013-cü ildən əvvəl istehsal olunmuş avtomobilləri dekabrın 1-dək konteynerə yükləyən və yanvar ayına qədər ölkəyə gətirə bilməyən idxalçılar bu nəqliyyat vasitələrini normal qaydada qeydiyyatdan keçirə biləcəklər.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google