Marneuli bazarı rəngarəngliyi ilə seçilir.
Bir sırada yerləşən piştaxtalarda çoxsaylı yerli sakin alverlə
məşğuldur. Meyvə, tərəvəz və başqa məhsullar səhər açılandan
piştaxtaya düzülür.
Marneuli aqrar bazarı ticarət üçün sərfəli bazarlardan sayılır.
“Marketlərdə ikiqat qiymətlərdir. Bazarda isə seçim
imkanı var və hər şey bir məkanda yerləşir. Hər həftənin əvvəlində
məhsullar alıram. İndi də bu məqsədlə gəlmişəm. Dünən marketdən
kartofu 1,50 lariyə aldım, burada 1 laridir. Burada qənaət edə
bilirəmsə, niyə artıq pul xərcləməliyəm?” – yerli
sakinlərdən biri bildirir.
Rəna Qocayeva 20 ildir ki, Marneuli bazarında alver edir. O,
bildirir ki, alıcılar çox deyil, ancaq meyvədən və qoz-fındıqdan
gündəlik gəliri var.
- 1 kq fındıq ləpəsi – 25
lari
- 1 kq qoz ləpəsi - 20 lari
- 1 kq püstə - 55 lari
- 1 kq zəncəfil – 20 lari
- 1 kq qara kişmiş – 25 lari
- 1 kq armud – 4 lari
- 1 kq yerli nar – 10 lari, Türkiyə narı – 5 lari, İran
narı – 6 lari
- 1 kq alma – 2-3 lari
- 1 kq pomidor – 5 lari
- 1 kq xiyar – 5 lari
- 1 kq kələm – 1 lari
- 1 kq kartof – 1 lari
- 1 kq yerkökü – 1,5 lari
- 1 kq çuğundur – 1,50 lari
- 1 kq soğan – 1 lari
- 1 kq banan – 4-5 lari
- 1 kq turp – 1,5-2 lari
- 1 dəstə tərxun – 1,50 lari