Xüsusi İstintaq Xidmətinin məlumatına görə, müəyyən edilib ki,
Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Təyinat İdarəsinin
əməkdaşı A.B. 2023 və 2024-cü illərdə azyaşlı övladlarının iştirakı
ilə həyat yoldaşına fiziki təzyiq göstərib, onu öldürməklə,
əmlakını məhv etməklə hədələyib.
“2023-cü ilin oktyabr və dekabr aylarında
təqsirləndirilən şəxs azyaşlı uşaqlarının iştirakı ilə həyat
yoldaşı ilə qarşılıqlı mübahisə zamanı ona bir neçə dəfə fiziki
zorakılıq edərək, bədəninin müxtəlif nahiyələrinə xəsarətlər
yetirib.
2024-cü ilin fevralında təqsirləndirilən şəxs “Facebook” sosial
şəbəkəsində əlaqə saxlayarkən arvadını evi yandırmaqla və onun
həyatına son qoymaqla hədələyib”, - Xüsusi İstintaq
Xidmətinin yaydığı məlumatda qeyd olunur.
Qurumdan verilən məlumata görə, zərərçəkmiş şəxslə əlaqə saxlanılan
kimi, azyaşlının yanında məişət zorakılığı, ailəyə qarşı həyat və
əmlakı məhv etməklə hədələmə faktları əsasında təxirəsalınmaz
istintaq hərəkətləri həyata keçirib və dərhal sübutların toplanması
təmin edilib.
Gürcüstan Prokurorluğunun çıxardığı qərara əsasən, Gürcüstan
Cinayət Məcəlləsinin 126-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə
və 11 prima 151-ci maddəsinin 2-ci hissəsinin "d" yarımbəndinə
əsasən təqsirləndirilən şəxsə qarşı ittiham irəli sürülüb.
Xüsusi İstintaq Xidmətinin məlumatına görə, işin istintaqı davam
etdirilir.