Ukrayna prezidenti Volodimir Zelenski Gürcüstan prezidenti
Salome Zurabişviliyə verdiyi dəstəyə görə təşəkkür edib.
Onun sözlərinə görə, Rusiyanın bütün qonşu xalqlarının azadlığı
üçün ona qarşı “kollektiv və güclü təzyiq” lazımdır.
“Təcavüzkara qarşı kollektiv və güclü təzyiq onun bütün
qonşu xalqlarının azadlığını təmin etmək üçün çox vacibdir. Biz
Gürcüstanı və onun azadlıqsevər xalqını yüksək qiymətləndiririk”, –
Zelenski Zurabişvilinin Ukraynaya qələbə arzuladığı bəyanatına belə
cavab verib.
“İki il... iki il keçdi, amma Rusiya qalib gəlmədi! Rusiya
Ukraynanı və sizin gücünüzü sındıra bilmədi. Rusiya Avropanı
parçalaya bilmədi və Avropanı sizdən ayıra bilmədi. Sizə qarşı
həmrəylik yekdildir, dəstək görünür və uğur və qələbə
sizindir!”,- Salome Zurabişvili Rusiyanın
Ukraynada genişmiqyaslı müharibəsinin başlamasından iki il sonra,
dünən, fevralın 24-də yazıb.
İki il əvvəl Rusiya Ukraynaya qarşı genişmiqyaslı hərbi təcavüzə
başlayıb. Kremldə buna “xüsusi hərbi əməliyyat” deyirlər.
BMT-nin məlumatına görə, Rusiyanın təcavüzü nəticəsində 10 mindən
çox dinc sakin həlak olub.