Dövri texniki baxış mərkəzlərinin yeni reqlamentləri qüvvəyə minir.
O cümlədən, Parlamentə təqdim olunan layihəyə əsasən, mərkəzlər
tərəfindən avtonəqliyyat vasitələrinin texniki baxışı zamanı
texniki reqlamentlərin pozulmasına görə cərimələr tətbiq
olunacaq.
O cümlədən, avtonəqliyyat vasitələrinə və onların qoşqularına
texniki baxış zamanı dövri texniki baxış məntəqəsi tərəfindən hər
hansı qüsur aşkar edilmədikdə, təhlükəli qayda pozuntusuna yol
verildikdə - 5000 lari,
vacib - 2000 lari, əhəmiyyətsiz - 500 lari
məbləğində cərimə ediləcək.
Bundan başqa, texniki baxış mərkəzlərinin monitorinqi Quru
Nəqliyyatı Agentliyinə həvalə olunacaq.
Texniki Nəzarət Mərkəzləri İttifaqının sədri Qiorqi Şiolaşvilinin
dediyi kimi, sözügedən dəyişiklik 2025-ci ildən qüvvəyə
minəcək.
Onun sözlərinə görə, mərkəzlərdə sistemli video monitorinq
aparılacaq, bundan əlavə, xüsusi qruplar tərəfindən texniki baxış
mərkəzləri tərəfindən yoxlanılan avtonəqliyyat vasitələri ikinci
dəfə yoxlanılacaq, nasazlıq aşkar edilmədikdə müvafiq cərimələr
tətbiq olunacaq.