Marneuli bələdiyyəsində vətəndaşın əmlakı zorla əlindən alınır
Rustavi-Qırmızı körpü və Rustavi-Sadaxlı avtomobil yolunun tikintisi ilə əlaqədar olaraq Avtomobil Yolları İdarəsinə vətəndaşın daşınmaz əmlakının özgəninkiləşdirilməsi (əmlakının dövlət tərəfindən kompensasiya ödənilməklə zorla müsadirə edilməsi) hüququ verilib.

İqtisadiyyat Nazirliyinin sərəncamında qeyd edildiyi kimi, layihəyə Rustavi-Qırmızı körpü və Rustavi-Sadaxlı avtomobil yolları daxildir. Sözügedən layihə Şərq-Qərb avtomobil yolunun şərq hissəsinin sonuna aiddir. Magistral Türkiyə sərhədindən başlayır, Batumi, Kutaisi və Rustavidən keçərək Azərbaycan və Ermənistan sərhədlərinə qədər uzanır. Layihə iki səviyyəli keçidlərlə dördzolaqlı avtomobil yolunun tikintisini nəzərdə tutur.

Layihənin həyata keçirilməsi üçün Avtomobil Yolları Departamentinin əmri ilə torpaqların alqı-satqısı və köçürülməsi üzrə tədbirlər planı hazırlanmış, həmin planda layihənin təsir zonasında yerləşən daşınmaz əmlakın mülkiyyətçilərinə əmlakın dəyərinin ödənilməsi və kompensasiya vəsaitlərinin ödənilməsi məsələsi müzakirə edilmişdir.

Lakin aparılan danışıqlara baxmayaraq, layihənin təsirinə məruz qalan Elnarə Məmmədovaya məxsus daşınmaz əmlakın könüllü olaraq alınması ilə bağlı razılıq əldə olunmayıb.

O cümlədən, söhbət Marneuli bələdiyyəsinin Algeti ərazi vahidində yerləşən 288 min kvadratmetr kənd təsərrüfatına yararlı torpaq sahəsinin 18 min 715 kvadratmetrinin könüllü olaraq alınmasından gedir. Müvafiq olaraq, sözügedən əmlak özgəninkiləşdirməyə məruz qalıb.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google