Lilo qəsəbəsində 21 yaşlı qızın qətlə yetirilməsi ilə bağlı yeni
təfərrüatlar bəlli olub.
Əldə olan məlumata görə, qızın meyiti səhər saatlarında evinin
qarşısındakı çuxurdan tapılıb.
Qətlə yetirilən şəxsin qohumunun İnterpressnews-la söhbətində
bildirdiyinə görə, qıza gecə gec saatlarında zəng edildiyi, bundan
sonra evdən çıxdığı bildirilir. Ailənin qohumunun sözlərinə görə,
Keti Cavaxişvili gecə saat 01:30-da evdə olub.
O, kəsici-deşici alətlə öldürülüb, lakin ailənin qohumunun
sözlərinə görə, sözügedən əşyanın bıçaq olub-olmadığı müəyyən
edilməyib.
Mövcud məlumata görə, hüquq-mühafizə orqanları cinayəti törədən
şəxsin kimliyini artıq müəyyən edib və onun tutulması istiqamətində
əməliyyat-axtarış tədbirləri davam etdirilir.
“Evin qarşısında emalatxana var, emalatxanada işləyən adam onu
oradakı kiçik çuxurda tapıb, sonra atasına zəng edib, atası
tanıyıb. Həbs edilən yoxdur, axtarırlar, hələ heç nə bilmirik.
Yəqin ki, tapacaqlar, kim zəng edib, kim yazıb. Bu qız hava
limanının yaxınlığındakı hansısa müəssisədə
işləyirdi", - qohumu bildirib.
Hadisə yerində araşdırmalar aparılır.
Daxili İşlər Nazirliyindən “İnterpress News”a verilən məlumata
görə, istintaq Cinayət Məcəlləsinin 108-ci, yəni qəsdən adam
öldürmə maddəsi ilə aparılır.