“Mtavari”nin sahiblərindən olan baş direktor Nika Qvaramia
televiziyadakı payından və vəzifəsindən imtina edir. Qeydiyyat üçün
müvafiq sorğu fevralın 27-də dövlət reyestrinə göndərilib.
“Mtavari”nin partnyorlarının iclasının protokoluna görə, Nika
Qvaramia 12%-lik payını hədiyyə olaraq həyat yoldaşı Sofia
Liluaşviliyə verəcək, Qiorqi Qabunia isə şirkətin baş direktoru
olacaq.
Bundan əlavə, şirkətin 2 direktoru da olacaq - Qiorqi Kurdadze
və
Manuçar Axalaia. Onlar bu vəzifəyə şirkətin ən böyük səhmdarları -
Bakur Caxaia və BGIM LTD tərəfindən irəli sürülüb.
Bundan əlavə, şirkətin 0,2-0,2%-ə sahib olan iki səhmdarı öz
paylarını BGİM LTD-yə keçirəcək.
Dövlət reyestrində bu məsələ ilə bağlı icraat hələ başa
çatmayıb.
Məlumdur ki, Nika Qvaramia yaxın günlərdə siyasi komandasını təqdim
edəcək və 2024-cü il parlament seçkilərinə hazırlıqlara
başlayacaq.