İşğalçılar Kareli bələdiyyəsinin Taxistziri kəndi yaxınlığında
işğal olunmuş ərazidə Gürcüstan vətəndaşını saxlayıblar.
Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında qeyd edildiyi kimi,
hadisə ilə bağlı məlumat daxil olan kimi Dövlət Təhlükəsizliyi
Xidməti Avropa İttifaqının Monitorinq Missiyası tərəfindən idarə
olunan “qaynar xətt”i işə salıb.
“Daha bir qanunsuz həbs faktı ilə bağlı məlumat dərhal Cenevrədəki
beynəlxalq müzakirələrin həmsədrlərinə və beynəlxalq tərəfdaşlara
çatdırılıb. Qeyri-qanuni həbsdə olan Gürcüstan vətəndaşlarının azad
edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb.
Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti
boyunca törədilən bütün destruktiv hərəkətlərə görə məsuliyyət
işğalçı dövlətin üzərinə düşür", - Təhlükəsizlik
Şurasının bəyanatında deyilir.