Teleqram kanallarının sahibləri 2024-cü ilin mart ayından
etibarən reklam gəlirlərini 50 faizədək alacaqlar.
Bu barədə “Telegram”ın təsisçisi Pavel Durov bildirib.
O, qeyd edib ki, pul köçürməsi TON blokçeyn vasitəsilə həyata
keçiriləcək. Buna görə, teleqram kanallarının sahibləri “toncoin” –
“Open Network”da istifadə olunan kriptovalyutada gəlir əldə
edəcəklər.
"Mart ayında teleqram reklam platforması rəsmi olaraq
100-ə yaxın ölkədə bütün reklamçılar üçün açıq olacaq. Bu
ölkələrdəki kanal sahibləri teleqramda reklam yayımlamaqdan əldə
etdikləri gəlirin 50 faizini almağa başlayacaqlar", -
deyə Durov bildirib. O əlavə edib ki, kanal sahibləri bu vəsaitləri
ya nağdlaşdıra, ya da onları kanallarının tanıdılması və
modernləşdirilməsinə yenidən investisiya edə bilərlər.
Mənbə: lent.az