Sameqreloda külək nəticəsində dəymiş infrastruktur və kompensasiyalar üçün 3 milyon 740 min lari ayrılıb
Sameqrelo-Zemo Svaneti administrasiyasının məlumatına görə, fevralın 5-6-da Sameqreloda güclü küləkdən zərər çəkmiş əhaliyə kompensasiyaların ödənilməsi və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün hökumətin ehtiyat fondundan ümumilikdə 3 milyon 740 min lari ayrılıb.

“Güclü küləkdən zərər çəkmiş əhaliyə kompensasiyanın ödənilməsi üçün Gürcüstan hökumətinin ehtiyat fondundan Çxorotsku, Tsalencixa və Martvili bələdiyyələrinə 681 min lari ayrılıb.

Zərərçəkmiş evlər barədə məlumat dəymiş ziyanın hesablanması komissiyalarının rəyi əsasında bələdiyyələr tərəfindən dövlət qəyyumunun rəhbərliyinə təqdim edilmişdir. Bələdiyyələr hökumətin qərarı ilə ayrılan vəsaiti zərərçəkmiş vətəndaşlara köçürəcək.

Fevralın 5-6-da Sameqreloda güclü külək qeydə alınıb və nəticədə regionun bəzi bələdiyyələrində fərdi yaşayış evlərinin dam örtüyü zədələnib. Zuqdidi bələdiyyəsinin Rux kənd ictimai məktəbinə ziyan dəyib, hazırda təmir-bərpa işləri davam etdirilir və yaxın günlərdə başa çatdırılacaq.

Hökumətin qərarı ilə təbii hadisələrin nəticələrinin aradan qaldırılması tədbirlərinin həyata keçirilməsi üçün Sameqrelo-Zemo Svaneti bölgəsinə kompensasiyalardan əlavə 3 milyon 59 min lari ayrılıb”,
- Sameqrelo-Zemo Svaneti Dövlət Administrasiyasının bəyanatında deyilir.

Mənbə: Tabula
Print Email
FaceBook Twitter Google