Ailə qaçırılan 13 yaşlı qızı tapa bilmədiklərini deyir

Ailənin sözlərinə görə, Saqareco bələdiyyəsinin kəndlərindən birində 13 yaşlı qızı 16 yaşlı oğlan həmkəndlisi qaçırıb. Hadisə fevralın 27-də baş verib, lakin polis 13 yaşlı qızın harada olduğunu tapa bilməyəndən sonra qızın ailəsi bu barədə martın 1-də mətbuata məlumat verib.


Qızın atasının jurnalistlərə verdiyi məlumata görə, həmkəndlisi onun qızını evlənmək məqsədilə qaçırıb. Gürcüstan qanunvericiliyinə görə, yaşı 18-dən az olan şəxsin nikahı qadağandır.

“Bizim burada da evimiz var. Mən Qazaxıstanda idim və həmin vaxt ailəm Tbilisidə yaşayırdı. Bir neçə gün əvvəl qohumumuzun ölümünün ildönümünə gəlmişdik. Gecə oğlan qızı aldadaraq evdən çıxarıb və qaçırıb. Dərhal polisə məlumat verdik. Oğlanın ailəsi bizə dedi ki, fevralın 28-də qızı qaytaracaqlar, amma indiyədək qızımın harada olduğunu bilmirəm”,
- deyə qızın atası jurnalistlərə bildirib.

Qızı qaçıran oğlanın ailə üzvləri mediaya cavab vermir.

Daxili İşlər Nazirliyindən AzadlıqRadiosuna bildiriblər ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 143-cü (qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə istintaq başlayıb.

“Azadlıq” radiosunun məlumatına görə, bu gün müsahibəyə qız və oğlanın ailə üzvləri çağırılıb.



 

Print Email
FaceBook Twitter Google