Milli Statistika Xidmətinin məlumatına görə, 2023-cü ilin IV
rübündə Gürcüstanda orta aylıq nominal əmək haqqı ötən ilin müvafiq
dövrü ilə müqayisədə 15,3 faiz (270,9 lari) artaraq 2 044,5 lari
təşkil edib.
Fəaliyyət növlərinə görə aşağıdakı sahələrdə nisbətən yüksək
əməkhaqqı müşahidə olunub:
- İnformasiya və rabitə – 4 309,2 lari (əvvəlki ilin
müvafiq dövrü ilə müqayisədə 17,3 faiz artıb);
- Maliyyə və sığorta fəaliyyəti – 3 110,0 lari (14,1 faiz
artıb);
- Tikinti - 3 062,5 lari (20,8 faiz artıb);
- Peşə, elmi və texniki fəaliyyət – 2 920,5 lari (19,0
faiz artıb).
Milli Statistika Xidmətinin hesabatına görə, 2023-cü ilin IV
rübündə qadınların orta əmək haqqı 1607,3 lari, kişilərinki isə
2463,8 lari olub. Əmək haqqının illik artımı qadınlarda 195,6 lari
(13,9%), kişilərdə isə 340,7 lari (16,0%) təşkil edib. Fəaliyyət
növlərinə görə bütün sahələrdə kişilərin əmək haqqı qadınların
maaşından yüksək olmuşdur.
Bundan əlavə, Milli Statistika Xidmətinin məlumatlarına əsasən,
2023-cü ilin IV rübündə sahibkarlıq sektorunda muzdla çalışan
işçilərin orta aylıq əmək haqqı 285,1 lari (14,9%) artaraq 2 196,2
lari təşkil edib. Fəaliyyət növləri üzrə ən yüksək əməkhaqqı
informasiya və rabitə (əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə
17,1 faiz artaraq 4420,5 lariyə çatıb və peşə, elmi və texniki
fəaliyyət sahəsində 22,4 faiz - 3393,5 lari artıb.
2023-cü ilin IV rübündə qeyri-sahibkarlıq və maliyyə sektorunda
orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 242,7
lari (15,9%) artaraq 1765,7 lari təşkil edib. Fəaliyyət növünə görə
maliyyə və sığorta fəaliyyətində çalışanlar nisbətən yüksək orta
əmək haqqına malikdirlər.
Orta əməkhaqqına görə Tbilisi və Mtsxeta-Mtianeti liderdir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil
olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415