Gürcüstanda təqaüdçülərin sayı və onların ümumi əhalidəki payı
durmadan artır.
Son 5 ildə bu rəqəm 9,8 faiz artaraq ümumi əhalinin 22,4 faizini
təşkil edib. Həmin dövrdə əhalinin sayı cəmi 0,3% artıb.
Daha dəqiq desək, Sosial Xidmətlər Agentliyinin məlumatına görə,
2019-cu ildə yaşa görə təqaüd alanların sayı 762 621 nəfər, 2020-ci
ildə 783 705 nəfərə, 2021-ci
ildə 793 751 nəfərə, 2022-ci ildə 808
326 nəfər olub. 2023-cü ilin dekabr ayının məlumatına görə,
Gürcüstanda ümumilikdə 838 097 təqaüdçü var.
Əhali sayına gəlincə, Milli Statistika Xidmətinin məlumatına görə,
2019-cu ildə ölkədə ümumilikdə 3 milyon 723 min 464 nəfər yaşayıb,
beləliklə də məlum olur ki, təqaüdçülərin xüsusi çəkisi o dövrdə
əhalinin 19,8 faizini təşkil edib. 2020-ci ildə əhalinin sayı 3 716
858 nəfər (təqaüdçülərin xüsusi çəkisi 21%); 2021-ci ildə əhalinin
sayı 3 728 573 nəfər (təqaüdçülərin xüsusi çəkisi 21,2%); 2022-ci
ildə Gürcüstanda 3 688 647 nəfər (təqaüdçülərin xüsusi çəkisi
21,9%) yaşayırdı; 2023-cü ildə əhalinin sayı 3 736 357 nəfər
(təqaüdçülərin xüsusi çəkisi 22,4%) olmuşdur.
Müvafiq olaraq, məlum olur ki, son 5 ildə təqaüdçülərin ümumi
əhalidə xüsusi çəkisi 2,6 bənd artaraq ümumi əhalinin 22,4 faizini
təşkil edib. Bu o deməkdir ki, xalqın qocalması prosesi aktiv
şəkildə davam edir və doğum səviyyəsi baxımından vəziyyət
yaxşılaşdırılmasa, yaxın 10 ildə təqaüdçülərin xüsusi çəkisi 28%-i
keçəcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415