Meriya Marneulidə kəndə dəstək proqramı ilə həyata keçiriləcək
layihələr üçün 406 000 lari ayırıb.
Bu yerli özünüidarə tərəfindən qarşılıqlı maliyyə dəstəyidir ki,
mərkəzi büdcədən ayrılmış 1 232 000 lariyə əlavə olunub.
2024-cü ildə kəndə dəstək proqramı ilə müəyyən edilmiş layihələrin
yekun siyahısını Bələdiyyə Məclisinin iclasında bu gün, 27 mart
tarixində Büdcə Planlaşdırılması və Analizi Şöbəsinin
rəhbəri
Larisa Qelaşvili təqdim edib.
Bələdiyyə Məclisi seçilmiş layihələri səs çoxluğu ilə təsdiq edib.
Bu deməkdir ki, bələdiyyənin artıq layihələri həyata keçirmək üçün
icazəsi var. Kəndlərin əksəriyyətində (22 məntəqə) küçə işıqlarının
quraşdırılması dəstəklənib.
Kəndlərin siyahısını və təsdiq edilmiş layihələri sizə təqdim
edirik:
- Qasımlı – küçə işıqları
- Ağməmmədli – küçə işıqları
- Quşçu - qəbiristanlığa gedən yola çınqıl
tökülməsi
- Baytallı - daxili yollara çınqıl
tökülməsi
- Ulaşlı - daxili yollara çınqıl tökülməsi
- Beytarabçı - mini stadionun tikilməsi
- Dəmyə-Görarxı- qəbiristanlığın
hasarlanması
- Dəmyə - uşaq meydançasının bərpası
- Kirovka – uşaq parkının tikintisi
- Axlılələ - məktəbin həyətinin
hasarlanması
- Qırmızıkənd – Daxili suvarma kanallarının qaydaya
salınması
- Metsamula – uşaq parkının salınması
- Daştəpə - Məşq üçün vasitələrin qurulması
- Maradisi – küçə işıqları
- Yuxarı Qullar – iki uşaq parkının
tikintisi
- Aşağı Qullar – Məşq üçün vasitələrin
salınması
- Qırıxlı -uşaq parkının salınması
- Xocorni – uşaq parkının salınması
- Brdazor – kənddə olan körpünün bərpası
- Güllübağ – daxili yolun bərpası
- Tsopi – daxili yolun bərpası
- Tserakvi – küçə işıqlarının
quraşdırılması
- Canxoş – daxili yolların bərpası
- Sioni - məktəb ərazisinin hasarlanması
- Algeti – küçə işıqlarının quraşdırılması
- Təzəkənd – daxili yollara çınqıl
tökülməsi
- Sabirkənd – suvrama borularının bərpası
- Əzizkənd – küçə işıqlarının quraşdırılmas
- Hacıisakənd – daxili yollara çınqıl
tökülməsi
- Qızılhacılı – küçə işıqlarının
quraşdırılması
- Şaumyan – küçə işıqlarının quraşdırılması
- Ağkula – uşaq atraksionlarının
quraşdırlması
- Xixani – mövcud suvarma suyu daxili şəbəkəsinin
qurulması
- Kudro – daxili yolların bərpası
- Şulaver – küçə işıqlarının quraşdırılması
- İmir – qəbirstanlığın hasarlanması
- İmirçala – küçə işıqlarının
quraşdırılması
- Aşağı Saral – daxili yollara çınqıl
tökülməsi
- Yuxarı Saral – daxili yollara çınqıl
tökülməsi
- Araflı – parkın genişləndirilməsi və
hasarlanması
- Axlımahmudlu – parkın genişləndirilməsi
- Yenikənd – daxili yollara çınqıl
tökülməsi
- Seyidqocalı – dayancağın tikilməsi
- Kürtlər – küçə işıqları
- Baydar – küçə işıqları
- Böyük Muğanlı – küçə işıqları
- Xutor-Lejbəddin – qəbiristanlıqda ayaqyolunun
tikilməsi
- Lejbəddin – küçə işıqlarının
quraşdırılması
- Kəpənəkçi – küçə işıqlarının
quraşdırılması
- İkinci Kosalı - küçə işıqlarının
quraşdırılması
- Birinci Kosalı - küçə işıqlarının
quraşdırılması
- Algeti Üzümçülük Təsərrüfatı – İdman zalının
təmiri
- Ambarovka – daxili yollara çınqıl
tökülməsi
- İlməzli – dayancağın qurulması
- Keşəli - daxili yollara çınqıl tökülməsi
- Xancığazlı - daxili yollara çınqıl
tökülməsi
- Kirəç-Muğanlı – küçə işıqları
- Təkəli - içməli su hovuzunun bərpası
- Qaçağan – küçə işıqları
- Sadaxlı – küçə işıqları
- Burma - yol çəkilməsi
- Təzəkənd- yol çəkilməsi
- Xuldərə - yolkənarı kanalın qaydaya
salınması
- Mollaoğlu - daxili yolların bərpası
- Opreti – küçə işıqları
- Xoxmeli – bulağa gedən yol örtüyünün
abadlaşdırılması
- Tsereteli – uşaq parkının qurulması
- Norqiul – suvarma kanallarının
abadlaşdırılması
- Saimerlo – suvarma kanalının
abadlaşdıırlması
- Böyük Bəylər – uşaq parkı
- Kiçik Bəylər – suvarma sisteminin
abadlaşdırılması
- Tamarisi – istirahət məkanın yaradılması
- Yeni Dioqnisi – istirahət məkanının
yaradılması
- Hallavar – uşaq parkının tikintisi
- Çanaxçı – daxili yollara çınqıl tökülmsəi
- Ağkörpü – küçə işıqları
- Verxviani – Ağkörpü – Verxviani yoluna çınqıl
tökülməsi
Marneuli bələdiyyəsinin ərazi vahidliklərində kəndə dəstək proqramı
çərmivəsində toplantılar/məsləhətlər 12 fevral tarixindən başlayıb
və 26 fevral tarixində başa çatıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415