Martın 30-dan etibarən paytaxtda fəaliyyət göstərən 5 bələdiyyə
nəqliyyat marşrutuna 12 metrlik avtobuslar əlavə olunacaq və
gözləmə intervalı azaldılacaq - Tbilisi meriyası xəbər verib.
"N309, N310, N370, N381 və N388 marşrutları üzrə
avtobusların sayı artır. İlk iki marşrutda gözləmə müddəti 8
dəqiqəyə, N370-də 15 dəqiqəyə, N381-də 17 dəqiqəyə., N388-də isə 10
dəqiqəyə qədər enəcək.
Qeyd edək ki, paytaxt əhalisinə 50 ədəd 18 metrlik avtobuslar
xidmət göstərdikdən sonra boşaldılmış ehtiyatlar ən çox yüklənən
marşrutlar üzrə bölüşdürülür.Bunlar N301, N302, N308 və N314-də
işləyən sayğaclı avtobuslardır” , – Meriyanın
bəyanatında yazılıb.
24 müxtəlif marşrut xəttinə avtobusların əlavə edilməsi prosesi
martın 23-dən başlayıb və aprelin 6-da yekunlaşacaq.
Tbilisi meriyası 160 ədəd yeni, 18 metrlik avtobus alıb, onlardan
50-si artıq Tbilisidədir və sərnişinlərə xidmət göstərir. Bu
mərhələdə 18 metrlik avtobuslar N301, N302, N308 və N314
marşrutları üzrə hərəkət edir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415