Şolç Kobaxidzeyə: Ümid edirəm ki, Parlament bu qanunu qəbul etməyəcək
Almaniya kansleri Olaf Şolç və Gürcüstanın baş naziri İrakli Kobaxidze arasında keçirilən görüşdən sonra mətbuata birgə bəyanat verilib.
Açıqlama zamanı Olaf Şolç parlamentin Rus qanunlarına yenidən səs verəcəyinə ümid etdiyini bildirib.

“Biz bütün Avropa İttifaqı olaraq agentlər haqqında qanuna çox tənqidi baxırıq. Bu qanunun fəaliyyəti dayandırılandan sonra ümid edirdik ki, bir daha gündəmə gəlməyəcək. Yeni
qanun layihəsi praktiki olaraq dəyişməyib, demək olar ki, ötən il olduğu kimidir və bizim böyük ümidimiz var ki, Gürcüstan bu qanunu qəbul etməyəcək və parlament bizim və Gürcüstan əhalisinin tənqidi mövqeyini nəzərə alacaq.
Söhbətimizdə bir daha vətəndaş cəmiyyətinin, müxalifətlə iqtidarın əməkdaşlığının vacibliyini vurğuladım ki, bu da ictimai inkişaf üçün vacibdir.
Biz şadıq ki, bir çox islahatlar aparılır, bu islahatlar davam etdirilməlidir, mən məhkəmə islahatını, parlament nəzarəti islahatlarını və deoliqarxizasiya islahatlarını nəzərdə tuturam ki, bu da vacibdir. Parlament seçkilərinin azad və ədalətli keçirilməsi çox vacibdir, bu, namizəd statusu prosesinin növbəti inkişafı üçün əsasdır”,
- Şolç qeyd edib və Gürcüstanı dəstəklədiyini bildirib.

“İmedi”nin jurnalisti Olaf Şolzdan soruşub ki, “bir çox Avropa ölkələri eyni və ya oxşar qanunları qəbul edərkən, avropalı tərəfdaşlar niyə narahat olurlar?” Olaf Şolz Avropa Birliyinin analoji qanunvericiliyinin olmadığını deyib.

“Avropa Birliyinin analoji qanunvericiliyi yoxdur. Müxtəlif sahələrdə şəffaflığın yaradılması ilə bağlı müzakirələr gedir, lakin bu, tamam başqa konsepsiyadır və hələ qərar verilməyib və çox güman ki, qərar verilməyəcək”, - Şolz bildirib.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google