Avropa parlamentarisi Viola fon Kramon X sosial platformasında
vergi məcəlləsinə edilən dəyişikliklərə münasibət bildirib və yazıb
ki,
Bidzina İvanişvili ehtiyat tədbirləri görür - sanksiyalar tətbiq
olunarsa, pulunu Gürcüstana qaytarmalıdır.
“İndi bunun hüquqi əsası var. Çoxları güman edir ki, Gürcüstan
hökuməti qarşıdan gələn seçkiləri kütləvi şəkildə saxtalaşdıracaq,
bu da öz növbəsində İvanişviliyə qarşı sanksiyalara səbəb olacaq”,
- avropalı
parlamentari X.-də yazıb.
Bu qiymətləndirmə ilə o, alman jurnalist Silvia Stoeberin yazısını
paylaşıb və jurnalist yazır ki, “xarici təsir” qanun layihəsinə
paralel olaraq, Parlament Bidzina İvanişvilinin istifadə etdiyi
ofşor şirkətlərin Gürcüstana transferini asanlaşdıracaq qanun
layihəsinin birinci oxunuşunu qəbul edib.
Parlament qanun layihəsinə ən qısa zamanda baxacaq.
Qanun layihəsinə əsasən, keçid müddəalarına yeni hissə əlavə edilir
ki, güzəştli vergitutma tətbiq edilən ölkələrdə qeydiyyata alınmış
(ofşor adlanan) aktivlər Gürcüstanda qeydiyyatdan keçmiş şirkətə
verildikdə gəlir və idxal vergisindən azad ediləcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.