Kaxeti istiqamətində həyata keçirilən 4 yol layihəsi

Paytaxtı şərq bölgəsi ilə birləşdirən Kaxeti istiqaməti həm turizm, həm də ticarət-iqtisadiyyat baxımından çox vacibdir – “Gürcüstan Yolları” Kaxeti istiqamətində nəzərdə tutulan layihələrdən yazıb.


Adıçəkilən yolun abadlaşdırılması işlərinə 2021-ci ildə başlanılıb. İşlər başa çatdıqdan sonra yolun ötürücülük qabiliyyəti artacaq və təhlükəsizlik təmin olunacaq.

Bu mərhələdə Kaxeti istiqamətində dörd mühüm layihə həyata keçirilir:

• Vaziani-Saqareco yolu (lot
1)
• Saqareco dolama yolu (lot 2)
• Saqareco-Badiauri yolu (lot 3)
• Bakurtsixe-Tsnori dolama yolu
Mənbə: BPN

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print Email
FaceBook Twitter Google