Marneuli Bələdiyyə Məclisinin yeni binasının tikintisi üçün elan
edilmiş tender dördnücü cəhddə baş tutub.
Tenderdə iştirak edən yeganə şirkət, "Mşen-Servis" MMC meriyanın
elan etdiyi 2 156 344 lari dəyərində tenderdə rəqibsiz qalib
gəlib.
Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze 2023-cü ilin
22 mart tarixində "Marneuli" radiosu ilə söhbəti zamanı bildirmişdi
ki, yeni binanın tikintisinə əməkdaşların sayının
çox olmasına görə
qərar veriblər.
Binanın tikintisi üçün ayrılmış vəsait 2024-cü ildə 50%, 2025-ci
ildə isə 50% yerli büdcədən maliyyələşdiriləcək.
Qeyd edək ki, Marneuli meriyası Bələdiyyə Məclisi binasının smeta
sənədinin hazırlanmasına 72 000 lari xərcləyib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.