Landsbergis: Tbilisi səfərimdən sonra təhlil edəcəyim çox şey var

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis X-də Gürcüstana səfəri haqqında yazıb və qeyd edib ki,

Gürcüstan səfərindən sonra təhlil edəcəyi çox şey var.

“Avropa İttifaqı gürcü xalqını dinləyib onların ümidini doğruldacaqmı? Yoxsa Avropa dəyərlərimizi rədd edib güzəştəmi gedirik? Tbilisiyə səfər etdikdən sonra təhlil edəcəyim çox şey var.

“Şəffaflıq haqqında” qanun şəffaflıqla bağlı deyil. Çox güman
ki, onun məqsədi siyasi proseslərə tənqidi yanaşan qeyri-hökumət təşkilatlarını ayırmaq və onları tabe olmağa məcbur etməkdir. Əsas hədəflər Aİ və ABŞ tərəfindən maliyyələşdirilən təşkilatlardır.

Antidemokratik ruhda yazılmış qanunu düzəltmək mümkün deyil. Çoxları hesab edir ki, hər hansı yenidən yazı sadəcə ört-basdır olacaq və əslində hökumət hələ də QHT-lərin fəaliyyət imkanlarını məhdudlaşdıran mexanizmləri saxlayacaq.

Əgər qanun qəbul edilərsə, çox güman ki, Rusiyada da gördüyümüz kimi qanun daha da genişləndiriləcək. Qanun mövcud olandan sonra ona sakitcə düzəliş etmək asandır”, - deyə o yazıb.
Mənbə: Publika



“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print Email
FaceBook Twitter Google