Mən onda açıq şəkildə dedim ki, bu qanunu səhv hesab edirəm, heç nə dəyişməyib - Şolz
Mayın 15-də Almaniya Federal Kansleri Olaf Şolz İsveçrənin Federal Prezidenti Viola Amherdlə birgə keçirdiyi mətbuat konfransında rus qanunları ilə bağlı açıqlama verib və bildirib ki, baş nazir İrakli Kobaxidze ilə görüşdə dediyi kimi, o, bu qanunu səhv hesab edir.

“Mən Gürcüstanın baş naziri ilə məhz bu yerdə dayanmışdım və sonra açıq şəkildə dedim ki, mən
bu qanunu səhv hesab edirəm və qəbul edilməməli idi. Bu qanun qəbul ediləndən bu mövqedə heç nə dəyişməyib”.

Almaniya kansleri Olaf Şolz və Gürcüstanın baş naziri İrakli Kobaxidze aprelin 12-də görüşüblər və burada mətbuata birgə bəyanatla çıxış edən Şolz parlamentin rus qanunlarını yenidən geri götürəcəyinə ümid etdiyini bildirib.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google