Prezident: Mən Rusiya qanununa veto qoydum, dəyişdirilə bilməz və ləğv edilməlidir
Gürcüstan prezidenti Salome Zurabişvili "rus qanununa" veto qoyub. O, bu barədə Orbeliani sarayında keçirilən brifinqdə deyib və vetonun bu gün parlamentə veriləcəyini bildirib.

"Bu gün mən Rusiya qanununa veto qoydum. Bu qanun öz mahiyyətinə görə, rus qanunudur, bizim konstitusiyamıza ziddir, bütün Avropa standartlarına ziddir və bununla da bizim Avropa yolumuza maneədir.

Bu veto tamamilə qanunidir
və bu gün Milli Məclisə təqdim olunacaq. Bu qanun heç bir dəyişikliyə, təkmilləşdirməyə məruz qalmır və buna görə də çox sadə bir vetodur. Bu qanun ləğv edilməlidir”,
- Zurabişvili bildirib.

Qeyd edək ki, parlament mayın 14-də “Xarici təsirin şəffaflığı haqqında” qanunu üçüncü oxunuşda qəbul edib. 84 deputat qanun layihəsini dəstəkləyib, 30 deputat isə əleyhinə səs verib.

Mənbə: Tabula

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

Print Email
FaceBook Twitter Google