Müdafiə Nazirliyinin məlumatına görə, yeni hava limanının tikintisi Vaziani hərbi bazasının fəaliyyətinə mane olmayacaq
Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, Vazianidə yeni hava limanının tikintisi Vaziani hərbi bazasının fəaliyyəti üçün problem yaratmayacaq.

Agentlikdən “İnterpressnews”un göndərdiyi suala cavab olaraq qeyd edildiyi kimi, araşdırmalar nəticəsində Vaziani ərazisində poliqonun fəaliyyətinə, o cümlədən beynəlxalq araşdırmalara mane olan heç bir hal aşkar edilməyib.

Agentlik bildirir ki, qeyd olunan məsələ aidiyyəti səlahiyyətli qrupların iştirakı ilə departamentdaxili səviyyədə
araşdırılıb.

Məlumat üçün bildirək ki, Gürcüstanın baş naziri İrakli Kobaxidzenin sözlərinə görə, Vazianidə yeni beynəlxalq hava limanı tikiləcək.

“Bir sıra amilləri nəzərə alaraq, sonda biz yeni hava limanının tikintisi ilə bağlı qərar qəbul etdik. Gələn il layihələndirmə və tender prosedurları başa çatacaq və bundan sonra bir neçə ildən sonra Tbilisi tamamilə yeni, ultra müasir hava limanına sahib olacaq. Bu, bizim hesablamalarımıza görə çox ciddi iqtisadi effekt verəcək ən mühüm qərardır”, - deyə baş nazir aprelin 8-də hökumətin iclasında bildirib.

Bundan əlavə, qeyd edək ki, hərbi ekspertlərin bəziləri eyni məkanda hərbi poliqon və mülki hava limanının olmasını bir araya sığmayan hal kimi qiymətləndirir və bunun həm hərbi təlimləri, həm də obyektin məxfi təyinatını təhlükə altına atacağını bildirirlər. Bir sıra hərbi ekspertlər Vazianidə NATO-nun himayəsi ilə açılmış mövcud hərbi bazanın bağlanmasına və ya başqa əraziyə köçürülməsinə ehtiyac olduğunu istisna etmirlər.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google