Senakidə qəsdən adam öldürmə hadisəsi ilə bağlı 1 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyi Senakidə bir nəfəri qəsdən adam öldürmə ittihamı ilə saxlayıb. Cinayət 15 ilə qədər həbslə cəzalandırılır.

“İstintaq müəyyən edib ki, əvvəllər Senaki bələdiyyəsində baş vermiş münaqişə nəticəsində təqsirləndirilən şəxs dostları ilə 1998-ci il təvəllüdlü T.Q. və onun dostları ilə münaqişə zəminində olub, nəticədə təqsirləndirilən şəxs T.Q.-yə soyuq silahla xəsarət yetirib və hadisə yerindən gizlənib.
T.Q. tibb müəssisəsində dünyasını dəyişib. Hadisə nəticəsində bir neçə nəfərin də sağlamlığına ziyan dəyib”,
- Daxili İşlər Nazirliyi bildirir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən L.S. hadisədən bir neçə saat sonra saxlanılıb. O, törətdiyi cinayəti etiraf edir. Cinayət törətməkdə təqsirləndirilən digər şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google