Baş nazir İrakli Kobaxidzenin sözlərinə görə, Avropa çempionatına
çıxışa futbol komandaları üçün standart mükafat
850 min laridən 3 milyon lariyə yüksələcək.
O, bu barədə hökumətin bu gün, mayın 20-də keçirilən iclasında
məlumat verib.
“Avropa çempionatında iştirak edən milli komandalara
850 min lari məbləğində bonus nəzərdə tutulub. Mədəniyyət və İdman
Nazirliyi ilə müzakirə etdik və qərara gəldik ki, mükafatın məbləği
3 milyon lariyə çatdırılsın, 3 milyon lari ayrılacaq. Bu fərman bu
gün nəzərdən keçirilir və biz sizin dəstəyinizə ümid
edirik”, - deyə İrakli Kobaxidze bildirib.
Bundan əlavə, Kobaxidze Avropa çempionatı üçün dövlət tərəfindən
subsidiyalaşdırılan uçuşlar barədə də danışıb və qeyd edib ki, 3000
azarkeş güzəştli bilet almaq imkanı əldə edəcək.
Onun sözlərinə görə, subsidiyalaşdırılmış uçuşlar tarixlərə
uyğunlaşdırılacaq və Almaniyanın Dortmund, Hamburq, Köln və
Düsseldorf şəhərlərinə birbaşa uçuşlar həyata keçiriləcək.
“Təxminən 2000 azarkeş üçün Tbilisi Beynəlxalq Hava
Limanından, təxminən 1000 azarkeş üçün isə Kutaisi Beynəlxalq Hava
Limanından birbaşa uçuşlar həyata keçiriləcək. Subsidiya ilə bir
yolun qiyməti 195 avro olacaq, gediş-qayıdış 390 avro olacaq.
Azarkeş öz səyahət cədvəlini təşkil etmək, biletləri öz cədvəlinə
uyğunlaşdırmaq imkanı əldə edəcək, o, bir, iki və ya üç matça
qatıla bilər və uyğun biletləri almaq çevikliyinə malik olacaq.
Futbol matçına bilet almış vətəndaşlar bu biletləri əldə edə
biləcəklər. Aviabileti alarkən müvafiq matç bileti təqdim
edilməlidir. Biletləri həftənin sonuna kimi müvafiq elektron
platformada satışa çıxaracağıq. Bu barədə yaxın günlərdə
ictimaiyyətə ətraflı məlumat təqdim edəcəyik. Həftənin sonuna kimi
elektron platformada 3000 bilet satışa çıxarılacaq. Bir yolun
qiyməti 195 avro olacaq”, - deyə İrakli Kobaxidze
bildirib.
Məlum olduğu kimi, “Kartu” xeyriyyə fondu Gürcüstanın milli futbol
komandasının Avropa çempionatının qrupuna çıxacağı təqdirdə onlara
mükafat olaraq 30 milyon lari verəcəyini vəd edir.
Bundan başqa, qrupa çıxdıqdan sonra hər görüşdə qalib gəldiyi
təqdirdə komanda əlavə 30 milyon lari qazanacaq.
Gürcüstan millisi Avropa çempionatında Türkiyə, Çexiya və
Portuqaliyanın da yer aldığı qrupda mübarizə aparacaq. Qrupdan 2
komanda çıxsa da, üçüncü yeri tutan komandanın da şansı olacaq.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.