Marneulidə 1215 nəfər 12-ci sinif şagirdi məzun olub
Bu gün, 20 may tarixində Gürcüstan məktəblərində "son zəng" çalınıb. Marneulidə 1215 nəfər 12-ci sinif şagirdi məzun olub.

Gürcüstanın Elm, Təhsil və Gənclər naziri Qiorqi Amilaxvari məzunları təbrik edib.

"İrəlidə sizi imkanlar və macəralarla dolu bir il gözləyir. Əminəm ki, gələcəkdə daha çox məsuliyyət ilə öz biliyinizi artıracaqsınız. Siz Gürcüstanın inkişafı və irəliləyişinin əsasını qoyan nəsilsiniz.
Mən inanıram ki, sizin hər biriniz istədiyiniz peşəyə yiyələnəcəksiniz. Məktəbdə qazandığınız təhsil və öz imkanlarınızı ölkəmizin firavanlığına sərf edəcəksiniz",
– Amilaxvari bildirib.

Birinci siniflərin tətili 27 may tarixində başlayacaq. Qalan şagirdlər üçün isə təhsil 14 iyun tarixində başa çatacaq.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər