Mədəniyyət Mərkəzi fotomüsabiqə elan edib
Marneuli Mədəniyyət Mərkəzi fotomüsabiqə elan edib. “Marneulini kəşf et” – fotomüsabiqəsində hər kəs iştirak edə bilər.

“Fotomüsabiqənin mövzusu “Marneulini kəşf et” (nə görürsən, hiss edirsən, xoşuna gəlir və ya dəyişiklik üçün mübarizə aparırsan) adlanır.

Müsabiqə iştirakçıları rəqəmsal fayl təqdim etməlidirlər (jpg, jpeg, img, png formatda, 20x30 sm, 300 dpi)

Bir iştirakçı yalnız 1 foto təqdim edə bilər”,
– Marneuli Mədəniyyət Mərkəzinin məlumatında qeyd olunub.

Maraqlanan foto həvəskarları müsabiqə üçün işlərini 2024-cü ilin 15 iyun tarixinə qədər Marneuli Mədəniyyət Mərkəzinin elektron poçt ünvanına göndərə bilərlər:
CLOAKING . Müsabiqədə iştirak
edən fotolar 17 iyun tarixində Mədəniyyət Mərkəzinin feysbuk səhifəsində yerləşdiriləcək.

“1,2,3-cü yerlərin qalibini foto üzrə sənətkar müəyyən edəcək.

Fotosu feysbukda daha çox bəyənilən daha bir nəfər də qalib və mükafatın sahibi olacaq.

Və əlbəttə, Mədəniyyət Mərkəzi daha bir seçilmiş iştirakçını müəyyən edərək mükafatlandıracaq”,
– məlumatda qeyd olunub.

Fotomüsabiqənin mükafat fondu da var. Birinci yerə çıxan fotonun müəllifi 700 lari, mini heykəl və diplom, ikinci yerin sahibi 500 lari və diplom, üçüncü yerin sahibi isə 300 lari və diplom ilə təltif olunacaq.

Fotomüsabiqədə qalib gələnlər 27 iyun tarixində müəyyən olunacaq.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google