4 günlük yay düşərgəsinin iştirakçıları Gürcüstan və İspaniyanın
fakt yoxlama təşkilatları - “Mif Detector” və “Maldita” nın birgə
intensiv media savadlılığı təlimini keçəcək və Avropa İttifaqının
Şərq Tərəfdaşlığı ölkələrinin Strateji Kommunikasiya Xidmətinin
dezinformasiya ilə mübarizə təcrübəsi ilə tanış olacaqlar.
Yay düşərgəsi interaktiv formatda keçiriləcək və iştirakçılar bilik
və bacarıqlarını sonrakı mövzular ətrafında dərinləşdirəcəklər.
- İnformasiya xaosu və yeni mediaekosistemi;
- Faktların doğruluğunun yoxlanılması;
- Vizual manipulyasiya növləri və onların yoxlanılması
üsulları;
- Geolokasiya metodlarından və alətlərindən istifadə;
- Saxta sosial media hesablarının yoxlanılması;
- Sosial mediada məzmun yaratmaq üsulları.
Düşərgə 11-14 iyul tarixlərində, Kazbekdə keçiriləcək.
Müsabiqədə iştirak şərtləri:
- 18-25 yaş aralığı qrupuna daxil olmaq;
- Media savadlılığı haqqında layihən var və yay güşərgəsi zamanı
inkişaf etdirəcəksən:
- Ərizə forması: https://forms.gle/8wpeUdKsbVe9eVUw5
- Ərizə formasında fayl olaraq bloq və ya vloq linkini yükləyin
və ya yerləşdirin;
- Ərizəni göndərən şəxs Gürcüstan vətəndaşı olmalıdır.
Müsabiqə bloqu/vloqu aşağıdakı tələblərə cavab
verməlidir:
- Media savadlılığı və dezinformasiya mövzusuna
toxunmalıdır.
- Bloq yazısı 500 sözdən çox olmamalıdır və “word” sənədi və ya
linki kimi təqdim edilməlidir.
- İştirakçı öz fikrini bloq əvəzinə vlog formatında bildirməyə
qərar verərsə, videonun müddəti 3 dəqiqədən çox olmamalıdır.
Ərizələrin qəbulu 31 may tarixində başa çatacaq.
Media İnkişaf Fondu qalib olan ərizəçilərlə iyun ayında əlaqə
saxlayacaq.
Düşərgədə səyahət, yaşayış və təlim Avropa İttifaqı tərəfindən
maliyyələşdirilir. Təlim iştirakçıları sertifikatlarla təltif
olunacaqlar.
Media İnkişaf Fondu layihəni Avropa İttifaqının maliyyə dəstəyi və
İlia Dövlət Universiteti ilə birgə əməkdaşlıqla həyata keçirir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.