POLİTİKO: ABŞ Gürcüstanın anti-demokratik yoldan dönəcəyi təqdirdə ona böyük hərbi, ticarət paketi hazırlamağı nəzərdən keçirir

POLITIKO xəbər verir ki, əgər Gürcüstan hökuməti getdikcə anti-qərb ritorikasını və insan haqlarından geri çəkilməsini dayandırarsa, Vaşinqton Gürcüstana böyük iqtisadi və təhlükəsizlik yardım paketi təqdim edə bilər.


Nəşr yazır ki, o, Cənubi Karolina ştatından respublikaçı konqresmen Co Vilsonun bu həftə Konqresə təqdim etdiyi qanun layihəsi ilə tanış olub və ona əsasən, ABŞ-ın Gürcüstanla “böyük selektiv ticarət
rejiminə” başlayacağı nəzərdə tutulur. Qanun layihəsi MEGOBARI Aktı (Gürcüstanın Hesabatlılığın, Dayanıqlığın və Müstəqilliyin Yaradılması üçün Seçimlərinin Səfərbər edilməsi və Artırılması Aktı) adlanır.

Qanun layihəsində Amerika bazarlarına çıxışın yaxşılaşdırılması ilə yanaşı, Gürcüstan vətəndaşları üçün viza rejiminin liberallaşdırılması da nəzərdə tutulur.

Qanun layihəsi həmçinin rəsmiləri Gürcüstana hərbi yardım paketi hazırlamağa, o cümlədən “Rusiya təcavüzünə qarşı ərazi müdafiəsi üçün ideal şəkildə uyğunlaşdırılmış təhlükəsizlik və müdafiə avadanlığı, eləcə də müşayiət olunan təlim, texniki xidmət və əməliyyat dəstəyi elementləri” ilə bağlı göstəriş verir.

Bununla belə, proqram o halda həyata keçiriləcək ki, ABŞ “Gürcüstan demokratiyanın dirçəldilməsi istiqamətində mühüm və davamlı irəliləyiş nümayiş etdirib, bunun minimum sübutu kimi əhəmiyyətli dərəcədə ədalətli və azad seçkilər və balanslaşdırılmış seçkiqabağı mühit olacaq”.

POLITIKO daha əvvəl bildirmişdi ki, Vilsonun qanun layihəsi hakim “Gürcü Arzusu” partiyasının siyasətçiləri və digər hökumət rəsmiləri Rusiya tipli “xarici agent” qanununu tətbiq etsələr, onlara fərdi sanksiyalar tətbiq edəcək.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print Email
FaceBook Twitter Google