18 yaşlı Samirə Qəmbərovanın müalicəsi üçün 80 000 dollar məbləğə ehtiyac var
Rustavi şəhərində yaşayan 18 yaşlı Samirə Qəmbərova “qan xərçəngi” xəstəliyindən əziyyət çəkir. Onun müalicəsi üçün 80 000 dollar məbləğində vəsaitə ehtiyacı var.

Samirənin anası Leyla Zeynalova “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, onun övladı bir neçə dəfə Tbilisidə fəaliyyət göstərən İaşvili klinikasında müalicə alıb. O, 8 ildir ki, xəstəlikdən əziyyət çəkir.

“18 yaşı tamam olduğuna görə, İaşvilidə müalicəyə yaşı düşmürdü. Ona görə də, uşağımı Türkiyəyə gətirmək məcburiyyətində qaldım. Hal-hazırda İstanbulda müalicə olunur. Burda da kimya müalicəsinə və Türkiyədə qalmağımızla birlikdə bizdən 80 000 dollar pul istədilər. Müalicədən sonra uşağıma ilik köçürüləcək. Bunu da Gürcüstan hökuməti maliyyələşdirir. İlik köçürülməsi isə Gürcüstanda yoxdur. Amma bizim burada qalmağımıza və kimya müalicəsinə hökumət yardım etmir. Buna görə də bizə kömək lazımdır”, – Leyla Zeynalova dedi.

Samirə Qəmbərovaya dəstək olmaq istəyənlər aşağıda verilən bank hesablarına vəsait köçürə və ya qeyd olunan telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
  • GE42BG0000000591119121 - “SAKARTVELO” bankı
  • GE21TB7015045068100051 - TBC bank
  • Hesab istifadəçisi Leyla Zeynalova
  • Əlaqə nömrəsi - +995 555 25 51 76


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna
görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər