Larinin məzənnəsini saxlamaq üçün Milli Bank 48 milyon dollar satıb

Gürcüstan Milli Bankının açıqlamasına görə, valyuta hərracında satışa 60 milyon ABŞ dolları çıxarılıb ki, bunun da 48 milyon 700 min ABŞ dolları satılıb.


Milli Bankdan verilən məlumata görə, orta çəkili məzənnə 2,7829 səviyyəsində olub.

Qeyd olunan məbləğ Milli Bank tərəfindən valyuta hərracında satılmazdan əvvəl Bloomberg sistemində 1 ABŞ dollarının dəyəri 2,81 lari idi, kommersiya banklarında (“TBS” və “Gürcüstan”) 1 ABŞ dolları 2.88 lariyə alına bilərdi.

Valyuta hərracında 48,7 milyon ABŞ dolları satıldıqdan sonra saat 14:15-ə Bloomberg sistemində 1 ABŞ dollarının qiyməti 2,79 laridir, kommersiya banklarından
(“TBS” və “Gürcüstan”) isə 2.86 lariyə almaq olar.

Mənbə: Netgazeti

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.


 

Print Email
FaceBook Twitter Google