“Sözümü yerinə yetirirəm... Partiyanı və vəzifəmi tərk edəcəyəm” – Telavidən olan “Gürcü Arzusunun” üzvü
Levan Berdzenaşvili, Telavi bələdiyyə şurasının deputatı, “Gürcü arzusu” partiyasının üzvü “Agentlər haqqında” qanunun qəbulu ilə əlaqədar partiya sıralarını və Bələdiyyə Məclisində olan vəzifəsini tərk edəcək. Berdzenaşvili nümayəndəlik orqanında mandat, prosessual və hüquqi məsələlər komissiyasına rəhbərlik edir.

Levan Berdzenaşvilinin “Azadlıq” radiosuna verdiyi məlumata görə, o, bu il iyunun 10-dək məzuniyyətdədir və Bələdiyyə Məclisinə qayıtdıqdan sonra “Gürcü Arzusu”nu və
Bələdiyyə Məclisində olan vəzifəsini tərk edəcək.

“Nə dedimsə, sözümü sona qədər yerinə yetirəcəyəm. Bu, parlamentin qəbul etdiyi qanuna etirazdır”.

Berdzenaşvili bu il aprelin 26-da Bələdiyyə Məclisinin sessiyasında “and içib” ki, hakim komanda “xarici təsirin şəffaflığı haqqında qanunu” geri götürməsə, partiyanı və vəzifəsini tərk edəcək.

“Avropa İttifaqına üzv dövlətlər, bütün tərəfdaşlar bizə deyirlər ki, bu qanunu qəbul etsəniz, viza liberallaşdırılmasını, namizəd statusunu itirə bilərsiniz, Avropa ilə bağlı hər şeyi itirəcəksiniz... Ona görə də özümü bu qanun layihəsindən ayırıram və and içirəm, qanun layihəsini geri götürməsələr, mən vəzifəmi tərk edəcəm”, - Berdzenaşvili aprel ayında Bələdiyyə Məclisi üzvlərinə müraciət edib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google