“Alt İnfo” seçkilərə “Vətənpərvərlər Alyansı” partiyası ilə qatılacaq - Maxaradze

Rusiyapərəst və zorakı “Alt İnfo”nun liderlərindən biri olan Zurab Maxaradze başqa bir rusiyayönlü partiya olan “Vətənpərvərlər Alyansı” partiyası vasitəsilə parlament seçkilərində iştirak edəcəklərini bəyan edir.


O, bu barədə “Alt İnfo”nun efirində danışıb.

Maxaradzenin dediyi kimi, “Alt İnfo” və “Vətənpərvərlər Alyansı” arasında razılıq əldə olunub və parlament seçkiləri üçün “böyük milli birlik” barədə razılığa gəlmək üçün digər “mühafizəkar qüvvələrlə” danışıqlar aparılır.

“Seçkilərdə iştirak etmək üçün yeganə şansımız ləğv edə bilməyəcəyi partiya idi. Bu gün mühafizəkar cinahda, ideoloji baxımdan birləşdiyi və əngəllənməsi mümkün olmayan belə bir partiya indi parlament partiyası olan “Vətənpərvərlər Alyansıdır”. Bir hissəsi ayrılsa da, ayrı olsa da, qanuni olaraq parlament partiyasıdır və heç nə, hətta imza toplamaq da lazım deyil. Artıq seçkilərdə iştirak edirik və buna mane olmaq mümkün deyil.

“Vətənpərvərlər Alyansı” ilə uzun müddət danışıqlar apardıq. Onların baxışı ondan ibarətdir ki, böyük milli birlik yaranmalıdır. Bu istiqamətdə işlər gedir. Artıq bizimlə onlar arasında əsaslı və prinsipial razılaşma əldə olunub. Detallar üzərində iş aparılır. Biz
digər mühafizəkar qüvvələrlə də işləyirik.

Biz bu il ki, parlament seçkilərində mütləq iştirak edəcəyik və tək biz olmayacaqıq. Mühafizəkar tərəfdə az-çox çəkisi olanlar, həqiqətən mühafizəkar qüvvələr birləşəcək və “Vətənpərvərlər Alyansı” partiyası vasitəsilə bu böyük milli birlik seçkilərdə iştirak edəcək”,
- Zurab Maxaradze bildirib.
Mənbə: Netgazeti


“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print Email
FaceBook Twitter Google