Tsxinvalinin “parlamentinə” 4 partiya daxil olub

Yerli KİV-in məlumatına görə, qondarma Cənubi Osetiya Respublikasının Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bülletenlərin 87%-i işləndikdən sonra [de-fakto] parlamentə dörd siyasi partiya daxil olur.


Xalq Partiyası - 15,41% (3186 səs), Kommunist Partiyası - 7,12% (1472 səs), "Vahid Osetiya" - 30,32% (6267 səs) və "Nixas" - 29,93% (6174 səs) de-fakto parlamentə daxil olub.
Cənubi Osetiyanın [de-fakto]
parlamentinə ümumilikdə 17 partiya deputatı və 17 majoritar daxil olub.

Cənubi Osetiyada [de-fakto] parlament seçkilərində seçicilərin 72,32 faizi iştirak edib. Mərkəzi Seçki Komissiyasının [de-fakto] məlumatına görə, Cənubi Osetiyanın məntəqə seçki komissiyalarının siyahılarına daxil olan seçicilərin sayı 29 mini keçib.

Qondarma respublikanın səkkizinci çağırış adlanan parlament seçkilərinin yekun nəticələri bir həftədən sonra açıqlanacaq.
Mənbə: Netgazeti

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print Email
FaceBook Twitter Google