Xviça Kvaratsxelia Türkiyə ilə oyundan sonra gələcək planlar haqda danışıb

Avropa çempionatının ilk turu çərçivəsində keçirilən Gürcüstan - Türkiyə oyunundan (1:3) sonra Xviça Kvaratsxelia "Sky Sports"a müsahibəsində gələcəyindən danışıb.


Onun sözlərinə görə, o, hazırda yalnız Gürcüstan millisi haqda düşünür və bundan sonra klub karyerası ilə bağlı qərar verəcək.

"Mənim gələcəyim? Mən bu barədə ümumiyyətlə düşünmürəm, indi yalnız Gürcüstan millisi haqqında düşünürəm. Bəzi məsələlərlə bağlı əlavə
şərh vermək istəmirəm",
- Kvaratsxelia deyib.

Xatırladaq ki, bir neçə gün əvvəl futbolçunun atası Badri Kvaratsxelia və futbolçunun agenti Mamuka Cuqeli “Napoli” ilə futbolçu arasında hər şeyin Avro 2024-dən sonra həll olunacağını açıqlamışdı.
Mənbə:sportall.ge

 

Print Email
FaceBook Twitter Google