Marneulidə, Rustaveli küçəsində fitnes trenajorlarının
quraşdırılması planlaşdırılır.
İdman üçün məkan meriyaya yaxın, Təhsil Resurs Mərkəzi və Uşaq
Bağçaları Birliyi arasında yaradılacaq.
Trenajorların yerləşdirilməsi üçün yerli özünüidarə 56 958 lari
dəyərində tender elan edib.
Tender sənədlərinə görə, meydançada müxtəlif məşq vasitələri
yerləşdiriləcək. Onlar arasında əzələlər, preslər üçün trenajorlar
olacaq.
İşlər dörd mərhələdə həyata keçiriləcək:
- - Sökülmə və torpağın işlənməsi;
- - Meydançanın quraşdırılması;
- - Kölgəliyin quraşdırılması;
- - Trenajorun quraşdırılması;
Tenderdə iştirak etmək istəyən şirkətlər 3-8 iyul tarixində öz
təkliflərini təqdim edə bilərlər. Qalib şirkət müqavilə
bağlandıqdan sonra 30 gün ərzində meriyaya işləri təhvil
verməlidir.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.