Tamarisi idman meydançasının bərpasına 82 123 lari xərclənməsi planlaşdırılır
Marneuli bələdiyyəsinin Tamarisi kəndində mövcud futbol meydançası bərpa olunacaq. Marneuli meriyası Tamarisi idman meydançası üçün 82 123 lari ayırıb.

Tender sənədlərinə əsasən, basketbol sipərinin sökülməsi, torun çıxarılması, işıqların çıxarılması və s. planlaşdırılır.

“Sökmə və quraşdırma işləri aparılmalıdır. Sökülmə işləri çərçivəsində layihəyə uyğun olaraq mövcud metal şəbəkə, meydançanın süni ot örtüyü söküləcək, meydançanın basketbol sipərləri, futbol qapıları da
söküləcək, zədələnmiş LED işıqlar söküləcək. Eləcə də tribunanın taxta materialı da söküləcək. Layihə çərçivəsində nəzərdə tutulub: Basketbol sipərləri və futbol qapılarının quraşdırılması, meydançanın, tribunaların metal konstruksiyalarının yerləşdirilməsi. Korroziyaya qarşı boya ilə 2 qat boyansın, yeni süni örtüyün çəkilməsi və LED işıqlandırmanın quraşdırılması”,
– tenderin açıqlamasında yazılıb.

Tamarisi layihəsini "Arkgzakomunproject" MMC tərtib edib. Meriyanın elan etdiyi tenderdə iştirak etmək istəyən şirkətlər 3-8 iyul tarixlərində tenderdə iştirak edə biləcəklər. Qalib şirkət müqavilə imzalandıqdan sonra 20 gün ərzində işləri meriyaya təhvil verməlidir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google