Marneulidə unun qiyməti bahalaşıb
Marneulidə unun qiyməti bahalaşıb. Marneuli bazarında un satıcıları bildirirlər ki, 50 kiloqramlıq un kisəsi təqribən 4-5 lari bahalanıb. Onların sözlərinə görə, bütün firmalarda unun qiyməti qalxıb.

"Bütün firmalarda unun qiyməti qalxıb. Əvvələr böyük 50 kiloqramlıq un kisələri 55 lari idisə, indi 60 lari oldu. Balaca 25 kiloqramlıq un kisələri əvvəl 28 lari idi. İndi 30
lari oldu. Bütün firmaların məhsulu qalxıb. Taxıl Rusiyadan gəlir. Deyirlər orda qiymətlər çox qalxıb. Ona görə də Gürcüstanda zavodlarında unun qiyməti qalxdı. Əsas səbəbi budu. Kəpəklər də 1 lari qalxıb. Əvvələr 13 lari idi. İndi 14 lari olub",
– Əsildar Əliyev dedi.

"Unun qiyməti 5-6 lari qalxıb. Səbəbini də bilmirik. Biz fəhlə insanlarıq. Nə bilək. Əvvələr 52-53 lari idisə, indi 57, 58, 60 laridi. Balaca kisələr əvvəl 28 lari idi. İndi 30-32 lariyə satırıq".

Bazarda işləyən bəzi satıcılar "Marneuli" radiosuna bildirdilər ki, əsasən taxıl xarici ölkələrdən idxal olunur. Buna görə də taxılın idxal edildiyi ölkələrdə də qiymətlər bahalaşıb.

"Unun qalxmasının əsas səbəbi idxaldı. Gürcüstanın özünün taxılı olmadığına görə, xarici ölkələrdən idxal olunur. Xaricdə də qiymətlər qalxıb. 3-4 lari fərq var. Nəzarət yoxdur. Dövlət nəzarət etmir. Nəzarət olunmalıdır".

"Əvvəl zavodda 48 lari idi. İndi 52 lari olub. 4 lari bahalaşma var".


Xatırladaq ki, ən son bahalaşma 2022-ci ildə baş vermişdi. O zaman 50 kiloqramlıq unun qiyməti 83 lari olmuşdu.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google