Rusiya iyulun 1-dən benzinin ixracına məhdudiyyəti yenidən
tətbiq edəcək və bu, avqustun 31-dək qüvvədə olacaq.
Neft idxal edən “Senta Petroleum” şirkətinin təsisçisi Zaal
İakobidze Rusiya benzininin ixracına müvəqqəti qadağanın Gürcüstana
təsirindən danışır.
İakobidzenin izah etdiyi kimi, Rusiya bazarı Gürcüstan üçün ən ucuz
bazardır, ona görə də Rusiyanın qadağanı yenidən tətbiq etməsi
yanacağın qiymətlərinə mənfi təsir
göstərəcək.
“Rusiya Nazirlər Şurasının sonuncu
fərmanı elə idi ki, o, iyulun 1-dək açıqdır. Bu dəyişməsə, məlum
olacaq ki, iyulun 1-dən Rusiyadan mal idxalı dayandırıla bilər. Bu,
xoşagəlməz faktdır, çünki Rusiya bazarı ölkəmiz üçün ən ucuz
bazardır. Ona görə də idxala yenidən qadağa qoyulsa, bu, bizim
bazara faydalı təsir göstərməyəcək”, - deyə İakobidze əlavə
edib.
O, qadağanın uzadılmasından sonra ölkədə benzin qıtlığının
olmayacağını izah edib. Yakobidzenin sözlərinə görə, idxalçılar
yanacağı Avropa bazarlarından idxal edəcəklər ki, bu da qiymətlərin
artmasına səbəb olacaq.
“Mən onu demirəm ki, bizdə kəsir
yaranacaq - bu olmayacaq, amma bu, malların qiymətinə mənfi təsir
edəcək. Biz məcbur qalacağıq ki, baha olan Avropa ölkələrindən
idxal edək və bu, qiymətlərin artmasına səbəb olacaq”, - deyə
Zaal İakobidze bildirib.
Neft idxalçısı alternativ bazarlardan da danışıb və qeyd edib ki,
qadağadan sonra yanacaq Bolqarıstan, Rumıniya, Yunanıstan və digər
ölkələrdən gətiriləcək.
"Bolqarıstan, Rumıniya, Türkmənistan, daha az dərəcədə
Yunanıstan, Belarus - Rusiyadan mal idxalının çətinləşdiyi və
dayandığı halda bu ölkələr əsas alternativ təchizat
mənbələridir", - İakobidze mətbuat konfransında
deyib.
Xatırladırıq ki, daxili bazarda avtomobil yanacağının qiymətini
sabitləşdirmək məqsədilə ötən il də 21 sentyabr 2023-cü ildən
2023-cü il noyabrın 17-dək Rusiyadan benzinin ixracı qadağan
edilib.
Rusiya ikinci dəfə qadağanı 2024-cü il martın 1-dən tətbiq edib.
Fərmana əsasən, qadağa 6 ay müddətinə qüvvədə olmalı idi, lakin
mayın 20-də məhdudiyyət yenidən götürülərək iyulun 1-dək
uzadılıb.
Son qərara əsasən, Rusiyadan benzinə qoyulan qadağa iyulun 1-dən
avqustun 31-dək qüvvədə olacaq.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415