Daxili İşlər Nazirliyinin məlumatına görə, feysbuk vasitəsilə
bir neçə vətəndaşın pulunu cinayət yolu ilə qanunsuz olaraq ələ
keçirən şəxs həbs edilib.
"İstintaq müəyyən edib ki, təqsirləndirilən sosial
şəbəkə feysbuk platformasında konkret vətəndaşların ad və
soyadlarından, habelə fotoşəkillərindən istifadə etməklə saxta
səhifələr yaradıb. Adıçəkilən səhifələrdən istifadə edərək fərqli
şəxslərlə əlaqə saxlayıb, onların etimadını qazandıqdan sonra borc
pul istəyib. Təqsirləndirilən şəxs qeyd olunan cinayət sxemi üzrə
bir neçə vətəndaşın pulunu qanunsuz olaraq ələ
keçirib”, - yayımlanan məlumatda bildirilir.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin ikinci və
üçüncü hissələri ilə aparılır.
Cinayət 6 ildən 9 ilə qədər azadlıqdan məhrumetmə ilə
cəzalandırılır.