İmirdə “Kəsik təpə”-yə gedən yolun çəkilməsi üçün 1 260 359 lari dəyərində tender elan edilib
Marneuli bələdiyyəsində “Kəsik təpə”-yə gedən yolun çəkilməsi üçün 1 260 359 lari dəyərində tender elan olununb.

Vəsaitin əksər hissəsi (64%) yerli büdcədən, 34% isə dövlət büdcəsindən maliyyələşdiriləcək.

Tender sənədlərinə görə, yolun çəkilməsi işləri bir neçə mərhələdən ibarətdir:

• Yol örtüyü səthinin hazırlanması
• İstifadə olunacaq materialın tövsiyə tələblərinin mövcud iqlim şəraitinə nə dərəcədə uyğun
olması mühəndis tərəfindən yoxlanılmalıdır.
• Boyanın texniki xüsusiyyətləri avrostandartların tələblərinə uyğun olmalıdır.
• Yolun işarələnməsi materialları konteyner ilə daşınacaq və s.

İmir kəndində “Kəsik təpə” arxeoloji kompleksinə gedən yolun çəkilməsi işləri ilə bağlı elan edilmiş tenderdə iştirak etmək istəyən şirkətlər 2-7 avqust tarixində öz təkliflərini təqdim edə bilərlər. Qalib şirkət müqavilə bağlandıqdan sonra 120 gün ərzində meriyaya işləri təhvil verməlidir.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google