Daxili İşlər Nazirliyinin məlumatına görə, İmereti RPŞ əməkdaşları
tərəfindən 1976-cı il təvəllüdlü M.C.-nı qəsdən adam öldürmə
maddəsi ilə ittiham irəli sürüb.
O, isti izlərlə saxlanılıb.
Cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs
Xoni bələdiyyəsində 1990-cı il təvəllüdlü T.P.-yə qarşılıqlı
mübahisə zəminində soyuq silahla xəsarət yetirib”, - qurumun
yaydığı məlumatda bildirilir.
Qəsdən adam öldürmə faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin
108-ci maddəsi ilə istintaq davam etdirilir.