Gürcüstanın baş naziri İrakli Kobaxidze Ursula fon der Lyayeni
yenidən Avropa Komissiyasının sədri seçilməsi münasibətilə təbrik
edib.
“Ursula fon der Lyayeni yenidən Avropa Komissiyasının
sədri seçilməsi münasibətilə təbrik edirəm.
Mən əməkdaşlığımızı davam etdirməyi və Gürcüstanın Avropaya
inteqrasiyasını gücləndirməyi səbirsizliklə
gözləyirəm”, - baş nazir "Twitter" sosial şəbəkəsində
yazıb.
Ursula fon der Lyayen ikinci müddətə Avropa Komissiyasının sədri
seçilib - o, növbəti 5 il ərzində bu vəzifədə olacaq. 401 deputat
Layeni dəstəkləyib, 284 deputat əleyhinə olub.
“Daha 5 il. Məni dəstəkləyən deputatların etimadına
görə necə minnətdar olduğumu ifadə edə bilmərəm”, -
Lyayen yazıb.
Gürcüstan prezidenti Salome Zurabişvili Lyayeni ikinci müddətə
seçilməsi münasibətilə təbrik edib və onun güclü rəhbərliyinin
Avropanı gücləndirdiyini qeyd edib.
"Mən səbrlə əməkdaşlığımızın davamını gözləyirəm, çünki
Gürcüstan və gürcü xalqı Avropa İttifaqının yolunda möhkəm
irəliləməkdə davam edir", - Zurabişvili yazıb.
Dünən Lyayen Avropa Parlamenti qarşısında çıxış edərək, Avropa
İttifaqının genişlənməsinin vacibliyini vurğulayıb və onun sədrliyi
dövründə bunun Komissiyanın prioriteti olacağını qeyd edib.