Gürcüstan vətəndaşı Tsxinvalidə həbs cəzasına məhkum edilib

Tsxinvali [de-fakto] məhkəməsi bölücü xətt yaxınlığında saxlanılmış Gürcüstan vətəndaşı Ramaz Beğelurini 8 ay müddətinə azadlıqdan məhrum edib.



Yaxınlarının dediyinə görə, o, 5-ci dəfə saxlanılıb.

2021-ci ilin əvvəlində o, iki ay Tsxinvali təcridxanasında qalmışdı. Azadlığa çıxandan sonra Beğeluri həbsdə olduğu müddətdə fiziki zorakılığa məruz qaldığını bildirib.

Saxlanılan şəxsin anası jurnalistlərə bildirib ki, Beğeluri epilepsiya xəstəsidir. Və sonuncu həbsdən sonra oğlunun səhhəti xeyli pisləşib və onun daimi həkim nəzarətinə ehtiyacı olub.

Dövlət Təhlükəsizlik Xidməti bildirir ki, saxlanılan şəxsin azad olunması üçün bütün mövcud mexanizmlərdən istifadə edilir. Xüsusilə, bu məsələ Erqnetidə İnsidentlərin Qarşısının Alınması və Cavab Vermə Mexanizminin (IPRM) bu gün, iyulun 23-də keçirilməsi planlaşdırılan növbəti iclasının gündəliyində olacaq.

Hazırda Tsxinvalidə 8 Gürcüstan vətəndaşı həbsdədir.
Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google