Tbilisidə, Tergi bazarının yaxınlığında gənci öldürməyə cəhddə
ittiham olunan bir nəfər həbs edilib.
Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə
ilə bağlı Cinayət Məcəlləsinin 19/108-ci maddəsi ilə istintaq
başlayıb.
Məlumata görə, bu gün, iyulun 23-də Tergi bazarının yaxınlığında
bir gənc yaralanıb. Daxili İşlər Nazirliyi təqsirləndirilən şəxsin
isti izlərlə həbs edildiyini bildirir.