Maia Bitadze - Dövlət Təhlükəsizliyi Xidməti öz çağırışının zirvəsindədir və ölkəmiz artıq illər əvvəlki kimi zəif deyil

“Gürcü Arzusu”nun deputatı Maia Bitadze jurnalistlərə açıqlamasında bildirib ki, “Dövlət Təhlükəsizliyi Xidməti öz çağırışının zirvəsindədir və ölkəmiz artıq illər əvvəlki kimi zəif deyil”.



Onun sözlərinə görə, “tezliklə istintaqın yekun nəticələrini görəcəyik”.

“Hazırda bu ölkənin təhlükəsizlik çərçivəsini dağıtmaq üçün müəyyən məsələlər icad etməklə məşğul olan “müxalifət”imizin nə deməsi önəmli deyil. Təəccüblü deyil ki, bu geosiyasi şəraitdə baş verənlər kontekstində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən qabaqlayıcı tədbirlərlə qarşısı alınmış təhlükə dövlətimizin hansı çağırışlarla üzləşdiyinin daha bir bariz nümunəsidir. İstintaq gedir və biz hamımız istintaqın yekun nəticələrini tezliklə görəcəyik. Bir şeyi demək olar ki, təhlükəsizlik xidmətimizin öz çağırışının zirvəsində olması və ölkəmizin artıq illər əvvəlki kimi zəif olmaması çox vacibdir”, - Bitadze bildirib.

Məlumat üçün bildirək ki, Dövlət Təhlükəsizliyi Xidməti “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvilinin Gürcüstan hökumətinin Ukraynada olan keçmiş yüksək rütbəli məmurları və keçmiş hüquq işçilərinin təşkil etdiyi və maliyyələşdirdiyi qətlin hazırlanması ilə bağlı faktları araşdırır.


 

Print Email
FaceBook Twitter Google