Deputat: Gürcü xalqı 95 milyon dollara sülhü müharibəyə dəyişməz
Gürcü xalqı 95 milyon dollara sülhü müharibəyə dəyişməz.

Bu barədə Gürcüstan parlamentinin deputatı Quram Maçaraşvili bildirib.

“Siz gürcü xalqına maliyyə yardımından imtina edəndə və eyni zamanda, Gürcüstan dövlətinə qarşı yönəlmiş qeyri-hökumət sektorunu maliyyələşdirəndə, əlbəttə ki, burada dostluqdan söhbət gedə bilməz”, - deyə Q.Maçaraşvili deyib.

Qeyd edək ki, ABŞ-nin dövlət katibi Antoni Blinken qəbul edilən “Xarici
təsirin şəffaflığı haqqında” qanuna görə Gürcüstan hökumətinə maliyyə yardımının dayandırıldığını bəyan edib.

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel isə bəyan edib ki, ABŞ Gürcüstan hökuməti üçün dayandırdığı maliyyə yardımını QHT-lərə və mediaya ayıracaq.
Mənbə: report.az

Print Email
FaceBook Twitter Google