Bu gün, 2 avqust tarixində, Qaraçöp icmasının Keşəli kəndində yol
və su problemi tələbi ilə aksiya keçirilib. Aksiya kənd əhalisi
tərəfindən təşkil olunub.
Aksiya iştirakçılarından olan Tozu Gülməmmədovanın sözlərinə görə,
əhalinin əsas tələbi 9 kəndi birləşdirən yeganə körpünün
reabilitasiyası və kəndin içməli su ilə təchiz olunması olub.
“Tələbimiz əsas yolun tamamilə asfaltlanmasıdır, çünki
bizim bir bütöv asflatlı yolumuz yoxdur. Kəndi başqa kəndlərlə
birləşdirən Badiauri yolu var, o yolun təmir edilməsini istəyirik.
Elə bu tələblərlə aksiya keçirdik. Aksiya kəndin gənclərinin
təşəbbüsü ilə baş tutdu. Büdcədə körpü məsələsi nəzərə alınmışdı
amma bu günə kimi işə başlamırdılar. Yəni, bunun pulu büdcədə var.
Sadəcə istək lazımdır ki, bu işi başa çatdırsınlar. Bu ilin
büdcəsinə yeni pul əlavə edə bilməzlər amma mövcud pullar, mövcud
resurs düzgün xərclənərək bu vəziyyət yüngülləşdirilə bilər bu
mərhələdə", - Tozu Gülməmmədova dedi.
Tozu bildirir ki, yeni büdcə təyin olunduqda digər əlavə məsələlər
nəzərə alına bilər. Onun sözlərinə görə, bunların hamısı realdır və
əhalinin istəyi içməli su, bir neçə ara və əsas yolların
asfaltlanması və körpünün reabilitasiyasından ibarətdir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415