Siyasəti bilən insan anlayar ki, siyasətdə əbədi düşmən, əbədi dost yoxdur – Əhməd İmamquliyev
Siyasəti bilən insan anlayar ki, siyasətdə əbədi düşmən, əbədi dost yoxdur – bu sözləri “Marneuli” radiosu ilə söhbəti zamanı “Avropalı Gürcüstan” partiyasının Marneuli rayon təşkilatının keçmiş rəhbəri Əhməd İmamquliyev dedi. Onun sözlərinə görə, o, hələ heç bir partiyanın sıralarına qoşulmayıb. Amma ona təkliflər gəlib və təklifləri dəyərləndirdikdən sonra qərar verəcək.

“Bir kəlmə ilə qeyd edə bilərəm
ki, siyasəti bilən insan anlayar ki, siyasətdə əbədi düşmən, əbədi dost yoxdur. Kim deyir ki, Əhməd Mişaya nə isə deyib. Bir şeyi anlamalıdırlar ki, mən kimə söz demişəmsə məhz mənə təklif edənlər elə onlardır. Demək ki, onlar yüksək siyasəti anlayanlardır və biz də o yüksək siyasətdə olanlardanıq. Danışıqlar əsasında hər şey ola bilər. Bir də onu qeyd edim ki, heç bir partiyaya özüm heç nə təklif etməmişəm. Yalnız və yalnız partiyalardan təklif almışam. Və mən də bu təklifləri düşünüb dəyərləndirəcəyəm. Rayon təşkilatlarının üzvlərinin onunla işləyib-işləməməsi ilə bağlı heç bir fikir bildirə bilmərəm. Çünki mənə “Vahid Milli Hərəkat” partiyasının mərkəzi ofisi təklif göndərib. Biz onlarla əməkdaşlıq edək. Qaldı ki Marneuli rayon təşkilatının üzvləri nə düşünür, necə düşünür, onu məndən yox, öz rəhbərlərindən soruşsalar, daha yaxşı olardı”,
– “Avropalı Gürcüstan” partiyasının Marneuli rayon təşkilatının keçmiş rəhbəri Əhməd İmamquliyev dedi.

Əhməd İmamquliyevin “Vahid Milli Hərəkat” partiyasının sıralarına qoşulub-qoşulmaması ilə bağlı partiyanın Marneuli qərargahının rəhbəri Azad Kərimov münasibət bildirdi. Onun sözlərinə görə, İmamquliyev onun üçün maraqlı bir şəxs deyil. Amma Kərimov bildirdi ki, onların partiyası demokratik bir partiyadır və hər bir şəxs partiyanın sıralarına qoşula bilər.

Qeyd edək ki, Əhməd İmamquliyev 2014-cü ildən 2017-ci ilə qədər “Vahid Milli Hərəkat” partiyasının üzvü olub. Daha sonra “Avropalı Gürcüstan” partiyasının sıralarına qoşulub. Bir neçə gün öncə İmamquliyev partiya sıralarını tərk etdiyini bildirdi. Amma partiya sıraların nəyə görə tərk edib, bu haqda danışmaq istəmədi. “Avropalı Gürcüstan”-ın baş katibinin müavini Qiorqi Noniaşvili 29 iyul tarixində “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, İmamquliyevin partiyanı tərk etmə səbəbi partiyanın daxilində keçirilən seçkilərlə bağlı olub.

Xatırladaq ki, 2024-cü ilin 26 oktyabr tarixində Gürcüstanda Parlament seçkiləri keçiriləcək.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google